ABŞ-da "Qarabağ Azərbaycandır" şüarı ilə avto ralli keçirildi - FOTOLAR
Kateqoriya məlum deyil
Dünən axşam ABŞ-ın Texas ştatında ABŞ-Azərbaycan Mədəni Alyansının təşkilatçılığı ilə avto-ralli keçirilib.
Sfera.az xəbər verir ki, "Qarabağ Azərbaycandır" şüarı ilə keçirilən ralliyə 100-ə yaxın ailə öz avtomobillərində qatılıb.
Texas ştatının Sugar Land, Katy və Hyuston şəhər mərkəzlərini əhatə edən avto-rallidə Qarabağ həqiqətləri Texaslılara çatdırılıb.
Ralli iştirakçıları sonda bir araya gələrək Azərbaycan himnini ifa edib və "Qarabağ Bizimdir, Bizim Olacaq” kimi şüarlar səsləndirərək möhtəşəm aksiyaya yekun vurublar.






