Logo

Almatıdan 117 nəfər azərbaycanı vətənə gətirilib - FOTO

Almatıdan 117 nəfər azərbaycanı vətənə gətirilib - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Azərbaycanın milli aviadaşıyıcısı həmvətənlərin ölkəmizə qayıtması üçün çarter reyslərini yerinə yetirməyə davam edir.

AZAL-dan Sfera.az-a verilən məlumata görə, iyulun 24-də aviaşirkətin çarter reysi ilə 117 Azərbaycan vətəndaşı Almatıdan vətənə gəlib.

Həmin reysə yalnız COVID-19 testinin neqativ nəticəsi barədə arayış təqdim edən sərnişinlər buraxılıb. Ölkəyə gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planı əsasında həyata keçirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR