Logo

Nazirlikdən qrip XƏBƏRDARLIĞI: Xəstələr kollektivə buraxılmamalıdır

Nazirlikdən qrip XƏBƏRDARLIĞI: Xəstələr kollektivə buraxılmamalıdır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qonşu ölkələrdə “donuz qripi” təhlükəsi və bu virusun əlamətlərinə görə adi qripdən fərqlənməməsi əhali arasında narahatlığa səbəb olub.

Təsadüfi deyil ki, əhali arasında öskürək, yüksək temperatur, ürəkbulanma, halsızlıq kimi əlamətləri yaşayanlar “donuz qripi”nə yoluxduqlarını düşünür və  artıq 100-dən çox insan buna görə müayinə olunub. Hələ ki, respublika ərazisində “donuz qripi”nə yoluxma aşkarlanmayıb. Lakin günbəgün bu cür şikayətlərin artması əhali arasında narahatlığı artırır. Əhali arasında müşahidə olunan hansı virusdur? Bu virusdan necə qorunmaq olar?

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq ƏliyevaPublika.az-a bildirib ki, aparılan laborator müayinələr zamanı ağır kəskin respirator viruslu, qrip və qripəbənzər əlamətlərlə qarşılaşan xəstələr müayinə olunur:

“Dünənə olan məlumata əsasən, bu ay ərzində 129 xəstədən yaxma nümunələr götürülüb. Onların heç birində AH1N1 virusu aşkarlanmayıb. Kəskin respirator virus xəstəliyi, mövsümi qrip əlamətləri oxşardır. Bu xəstəliklər əvvəlcə boğaz ağrısı, əzginliklə başlayır, bir neçə günə temperatur yüksəlməyə başlayır. Bir neçə gün yüksək temperatur olur, ağırlaşmış mərhələdə ürəkbulanma olur”.

Hazırda ölkə ərazisində yayılan infeksiyanın kütləvi olmasına gəldikdə A.Əliyeva  bununla razılaşmır:

“Respublika ərazisində kütləvi şəkildə hər hansı infeksiya yayılmayıb. Tək-tək hallarda xəstəliyin qeydə alınması barədə bizə də məlumat daxil olur. Laborator müayinələrlə yanaşı, Bakı, Gəncə, Sumqayıtda kəşfiyyat xarakterli epidemioloji nəzarət aparılır. Tibb məntəqələrinə müraciət edən vəziyyəti ağır olan bütün xəstələr də müayinə edilir. Bu vaxta qədər qrip virusu aşkarlanmayıb. Əhali arasında yayılan sadəcə kəskin respirator virus xəstəlikləridir. Hər hansı mövsümi qripdə də temperaturun 38-39 dərəcəyə yüksəlməsi müşahidə edilir”.

A.Əliyeva onu da əlavə edib ki, buna baxmayaraq, sərhəd keçid məntəqələrində xəstəlik qeydə alınmış ölkələrdən gələnlər yoxlanılır. Ölkə daxilində də bu müayinələr aparılır, dezinfeksiya işləri gücləndirilib:

“Səhiyyə Nazirinin əmri ilə məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində  dezinfeksiya tədbirlərinin gücləndirilməsi tapşırılıb. Kəskin respirator viruslu uşaqların məktəbə, bağçaya buraxılmaması barədə tapşırıq verilib. Xəstə uşaqlar bir müddət kollektivdən ayrılmalı, ev şəraitində, həkim təyinatı altında müalicə edilməlidir. Bu qayda böyüklərə də şamil edilməlidir. Virusa yoluxmuş insanlar evdə qalmalıdır ki, həm müalicə aparılsın, həm də virus yayılmasın. Xəstə insanlar mütləq şəkildə xəstəliyin ilkin dövründə evdə qalmalıdır. Ağır vəziyyətdə işə və də dərsə getməyi heç kimə məcbur etmək doğru deyil”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR