Logo

Sabah 34 dərəcə isti olacaq

Sabah 34 dərəcə isti olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 24 iyulda Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.  Cənub küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-34, Bakıda  gecə 22-25, gündüz  32-34 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 754  mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

24 iyulda Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 19-24, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz  18-23 dərəcə  isti olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR