“Su kanalizasyadan doldurulub?” - “Şahdağ suları Şirkəti”ndən giley
Fərid Məmmədli adlı istifadəçi Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.
Sfera.az "Şahdağ suları Şirkəti”ndən gileyli olan şikayətçinin müraciətini oxucularına təqdim edir.
”Şikayətim Şahdağ sulari Şirkətindəndir. Demək, iyulun 17-si bunlardan 2 qab su sifariş etim, ayın 18-i saat 18.00-da sifarişi evə çatdırılmalı idilər, amma çatddırılma 1 saatdan çox gecikdirildi. Nə isə, sözüm onda deyil. Qabı açıb suyabaxanda çox təəccübləndim. Elə bil 19 litr su kanalizasyadan doldurulub.Dadi da adi krant suyundan fərqlənmir.
Şirkətə zəng vurub dedim ki, suyunuzu istəmirəm. İki qabdan birini açmışam, ikincisinə toxunmamışam. Gəlin ikinci qabınızı aparın. Cavab verdilər ki, yaxşı açdığınız qabın pulunu çıxarıq, digərinin pulunu isə özünüzə qaytararıq. Yəni, ödədiyim 8 manatdan 5-ni özümə qaytarmalı idilər.
Razılaşdım. Gələcəkləri vaxtı xəbər aldım. Dedilər, bazar günü, yəni ayın 19-u gəlib suyu götürəcəyik. Amma dedikləri gün gəlib çıxmadılar. Təkrar zəng vurub şirkətlə əlaqə saxladım. Bu dəfə söz verdilər ki, bazar ertəsi, yəni ayın 20-i mütləq gəlib götürəcəklər suyu. Buna da "yaxşı” dedim.
Bazar ertəsi yerini çərşənbə axşamına verdi, bunlardan isə xəbər çıxmadı ki, çıxmadı. Zənglərimə də cavab verən olmadı. Üstəlik, baxıb gördüm, Facebookda da bloka atiblar məni, heç mesajla da sözümü deyə bilmirəm bunlara.
Demək istəddiyim o ki, "Şahdağ suları Şirkəti”ndən heç nə almayın. Frildaqçılar millətə kanalizasya suyu satir!”
P.S. Qeyd edək ki, Fərid Məmmədlinin müraciəti cavabsiz qalmayıb. Qrup üzvləri 152 bəyənmə, 304 şərhlə sözügedən şikayətə reaksiya veriblər. Şərhçilər arasında şikayətçinin sözlərini təsdiq edib onu dəstəkləyənlər də var, onunla razılaşmayıb şirkətin çatdırdığı suyun keydfiyyətindən və dadından məmnun qaldıqlarını bildirənlər də.
Selcan
Sfera.az






