SOCAR AQŞ-nin keçirdiyi “Milli mətbuat koronavirusa qarşı” jurnalist müsabiqəsinin nəticələri açıqlandı: 32 qalib var
SOCAR AQŞ-nin 22 iyul – Milli Mətbuat Gününə həsr edilmiş "Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsinin nəticələri məlum oldu. Müsabiqəyə təqdim olunmuş 64 materialdan 32-si mükafatlandırılıb. Şərtlərə görə, 30 qalib seçilməsi planlaşdırılırdı, lakin jüri qiymətləndirməsi nəticəsində 30, 31 və 32-ci yerlərdə olan jurnalistlərin balları eyni olduğu üçün onların hər üçü qalib kimi qəbul olunub. Həmçinin, material göndərmiş digər jurnalistlərə də SOCAR AQŞ tərəfindən xüsusi hədiyyələr təqdim ediləcək. Bir neçə material isə müsabiqə şərtlərini pozduğu üçün (plagiat, başqa tarixdə yayımlanma və s.) müsabiqəyə daxil edilməyib.
Ölkədəki karantin qaydaları səbəbindən, müsabiqənin nəticələri ilə bağlı tədbir keçirilməyəcək. Bugündən etibarən, "INPRESS PR Solutions” şirkətinin əməkdaşları materialları müsabiqəyə buraxılmış 64 jurnalistin hər biri ilə əlaqə saxlayaraq hədiyyələri çatdıracaqlar. Jurnalistlərdən xahiş olunur ki, sualları yaranarsa, +994 50 310 42 40 telefon nömrəsi vasitəsilə bu şirkətlə əlaqə saxlasınlar.
Müsabiqənin obyektivliyini qorumaq məqsədilə, münsiflər heyətinin üzvləri nəticələrin açıqlandığı bugünədək ictimaiyyətdən gizli saxlanılıb. Onlar cəmiyyətə yaxşı tanış olan aşağıdakı media ekspertləridirlər:
Məqsəd Nur – Yazıçı-jurnalist, televiziya eksperti, Lider TV, RTV (indiki ARB), ATV, AzTV kimi TV kanallarında rəhbər vəzifələrdə çalışıb.
Vüqar Zifəroğlu – Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin dekanı.
Emin Musəvi – ASAN Radionun direktoru.
Səbinə Məlikova – "Belə belə işlər” media layihəsinin rəhbəri.
Vüqar İbadov – Bakı Media Mərkəzinin video və foto mütəxəssisi.
Münsif üzvlər öz ballarını digər jüri həmkarlarının kim olmasından xəbərsiz formada veriblər. Müsabiqənin təşkilati işlərini icra edən "INPPRESS PR Solutions” şirkəti jüri üzvlərin verdiyi balları bir yerdə toplayaraq son nəticəni hesablayıb.
Müsabiqənin yekunu olaraq, saglamxeber.az saytı yaradılıb və həm müsabiqənin nəticələri, həm də təqdim olunmuş materiallar bu saytda yerləşdirilib. Hələlik ilk 32 material yayımlanıb, həftə ərzində digər materiallar da saytda yayımlanacaq.
Nəticələr:

Müsabiqənin nəticələri ilə daha ətraflı saglamxeber.az saytından məlumat əldə etmək mümkündür.






