“Vip Style Estetik Klinika”dan şikayət var – Oxucu yazır
Təranə Əliyeva adlı istifadəçi Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.
Sfera.az xanım istifadəçinin sözügedən müraciətini oxucularına təqdim edir:
"Şikayətim Gənclik metrosu yaxınlığında yerləşən "Vip Style Estetik Klinika”dandır.Belə ki, həmin klinika insanları endirimli paket adıyla cəlb edir. Sonra isə onlara bahalı məhsullarını satmaga çalışır.
Söhbət "Kedma” firmasının məhsullarından gedir. Deyilənə görə, bu məhsullar İsrail istehsalidir. Amma nədənsə İsrailin özündə bu məhsullarddan yoxdur. O tərifli məhsullar Bakıda hansi zirzəmidə istehsal olunursa,....onu özləri daha yaxşi bilir .”
Əvvəlcə soz verillər ki, 10 seansa saç tokülməniz dayanacaq. Bir neçə seansdan sonra isə güya yoxlayib deyirlər ki, saç dibiniz çox çirklidir, bu üzdən istənilən nəticəni əldə edə bilmirik. Bundan şıxış yolu kimi isə öz məhsullarını təklidf edirlər. Guya yalnız "Kedma” məhsulları ilə yuyulan saçların ddibi tam təmizlənirmiş.
Məhsulların da ki,maşallah 2500-3000 AZN arası qiyməti var. Onların təklifi ilə razilasmayanda isə deyirlər ki, onda bu seanslarin sizə heç bir xeyri olmacaq.
Mən özüm 10 seansa 600 manat ödemisdim. Amma müalicəmi yarimçiq saxladim. Çünki 5 seansdan sonra anladım ki, heç bir təsir görməyəcəyəm. Özleri də bunu etiraf etdi. Dedilər ki, bizim məhsullarldan istifaddə etməsən, müalicənin heç bir effekti olmayacaq.
Dediyim kimi, 10 seansın pulunu əvvəlcədən ödəsəm də, yalnız 5 seans müalicə aldım. Ammapulun qalanini qaytarmadılar. İzahları da bu oldu ki, endirimli paketden yararlanmişam. Əslində klinikada bir seansın qiyməti 200 manatdır.O hesabla 4 seans 800 manat edir. Yəni, məni hələ borclu da çixardilar.
Bunu paylasmaqda məqsədim odur ki, aranızda "Vip Style Estetik Klinika”sının xidmətlərindən istifadə etmək istəyənlər varsa, bu istəyindən vaz keçsin. Çünki ora bir sürü fırıldaqçı yiginidir, tora salmağa adam axtarırlar. Aldanmayın!”
Selcan
Sfera.az






