Millət vəkili Marağa abidəsi ilə bağlı paylaşım etdi
"Şəkildə gördüyünüz abidə - "Marağa-150", Dağlıq Qarabağda, Azərbaycan SSR-nin Ağdərə rayonunun Marağa kəndində 1978-ci ildə qoyulub. Abidə 1828-ci ildə Rusiya və İran imperiyaları arasında Türkmənçay müqaviləsinin imzalanmasından sonra indiki İranın Marağa şəhərindən ermənilərin Qarabağa köçürülməsinin 150 illiyinə həsr olunub”.
Sfera.az xəbər verir ki, bunu millət vəkili Elnur Allahverdiyev bildirib. Hazırda sözügedən adibədinin mövcud olmadığını xatırladan deputat vurğulayıb ki, Ermənilər bizə məxsus tarixi abidələrlə yanaşı, özlərinin buraya gəlmə olduqlarını sübut edən nə varsa, dağıdıb, məhv ediblər:
"İkinci şəkildə erməni terrorçuları həmin abidə fonunda şəkil çəkdiriblər. Göründüyü kimi, "Marağa-150" yazısı sökülüb.
Əziz dostlar, bu postu mümkün qədər çox paylaşmağınızı xahış edirəm!”








