Logo

Payızda koronavirus daha da güclənəcək? - RƏSMİ AÇIQLAMA

Payızda koronavirus daha da güclənəcək? - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 "Bəzi ölkələrdə artıq ikinci dalğanı və yaxud hələ də birinci dalğanı görürük. Payız aylarında koronavirus epidemiyasının güclənməsi ehtimalı ondan ibarətdir ki, iqlim dəyişkənliyi baş verir”. 

Sfera.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Hazırda dövlət tərəfindən görülən tədbirlər elə buna hazırlıq deməkdir. Həmçinin iş yerlərində sanitar-epidemioloji qaydalara riayət önəmlidir. Biz bu qaydalara əməl etsək, gələcəkdə iş yerlərimizə qayıda bilsək, epidemiyanın güclənməsinin qarşısını ala bilərik. Əks halda, qarşısını ala bilmərik”, - o bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR