Logo

İlham Əliyevdən yeni TƏYİNAT - SƏRƏNCAM

İlham Əliyevdən yeni TƏYİNAT - SƏRƏNCAM
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Prezident İlham Əliyevin Sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin müdiri, professor Tahirə Allahyarova STM-in İdarə Heyətinin üzvü təyin edilib.

1998-ci ildə İnstitutun "Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri" şöbəsində elmi işçi, 2003-cü ildən böyük elmi işçi, 2005-ci ildən isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, Azərbaycan Memarlıq və İncəsənət Universitetində, 1999-2009-cu illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasında müəllim işləmişdir. Alim AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Problem Şurasının üzvüdür.

 
O, "Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi" mövzusunda doktorluq dissertasiyasını 2007-ci ildə müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.
 
Dörd monoqrafiyası (biri həmmüəlliflə), 100-ə yaxın elmi məqaləsi çap olunub.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR