Logo

Prezident fərman imzaladı

Prezident fərman imzaladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinlərinin sayı artırılıb.

Sfera.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən müavinlərinin sayı 4 olub.

Qeyd edək ki, indiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin 3 müavini var idi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR