Elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır
Kateqoriya məlum deyil
Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları iki gün müddətinə, şənbə və bazar günləri hərəkətdə olmayacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Sfera.az-a verilən məlumata görə, qərara əsasən, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 18 və 19 iyul tarixlərində hərəkətdə olmayacaq.






