“Belə həmrəylikdən sonra düşmənin mülkisi də qaçar, hərbçisi də”
Sfera.az xəbər verir ki, bunu mediapost-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun fikrincə, ATƏT-in həmsədr dövlətləri və üçüncü tərəf dövlətlər susurlar, ancaq onlar münaqişənin yeni dalğasının Ermənistan təxribatı ilə başladığını görəcəklər:
"Müxtəlif platformalardakı şişirtmə və yalan məlumatlar məhz ölkə daxilində narazılığın və iğtişaşların olmasını istəyən qüvvələrin marağındadır. Onlar milli birliyi sarsıtmaq istəsələr də, artıq 1990-cı illərin olmadığını unutdular. Cəmiyyət dinc yürüş ilə hər an döyüşə hazır olduğunu nümayiş etdirdi. Daxili İşlər Nazirliyinin əməkdaşlarının yürüşə müdaxilə etməməsi, orduya həmrəylik nümayiş etdirənləri dəstəkləməsi təqdir olunmalıdır. Bu birliyin döyüş ruhunu kim endirə bilər? Hazırda insanlar izdihamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlərdəki nümayəndəliklərinə müraciət edirlər. Belə həmrəyliyi görəndən sonra təbii ki, düşmən tərəfinin mülkisi də qaçar, hərbçisi də”.






