İqtisadiyyat Nazirliyinin səlahiyyəti artırıldı - FƏRMAN
Kateqoriya məlum deyil
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib.
Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən müvafiq dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirəcək.
Əvvəllər bu səlahiyyət ləğv edilmiş Vergilər Nazirliyində idi.






