Telman İsmayılov Rusiyada müflisləşmiş ilk fiziki şəxs oldu

Telman İsmayılov Rusiyada müflisləşmiş ilk fiziki şəxs oldu

 

Martın son həftəsində məhkəmənin fiziki şəxsin, həm də çox tannımış bir şəxsin müflis olmasına dair qərarı qanuni qüvvəyə minib. 

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, müflis olan fiziki şəxslər arasında pioner Telman İsmayılov olub. 

Moskva Arbitraj Məhkəməsi multimilyoner və Çerkizov bazarının sabiq sahibinin müflis olması haqqında qərar çıxarıb və onun üçün arbitraj idarəçisi təyin edib. 

2015-ci ilə olan məlumata görə, Telman İsmayılovun sərvəti təxminən 600 000 000 dollar həcmində dəyərləndirilirdi. 2015-ci ilin 21 dekabr qərarına görə isə Telman İsmayılovun 14 milyon rubl dəyərində olan torpaq sahəsi, 25 min nağd və 100 rubl və 30 dollardır...

Fəaliyyətini çiçəklənmə dövrünü Telman İsmayılov 2009-cu ildə yaşayıb – Çerkizov bazarı ona gündə təxminən 1 000 000 dollar gəlir gətirirdi!

Elə həmin dövrdə də İsmayılovun imperiyasının qürubu başladı. Bu, Türkiyədə "Mardan Palace” otelinin inşaatı və açılışı, eləcə də Çerkizov bazarının ləğv edilməsi ilə üst-üstə düşdü.

İsmayılovun milyarder sərvətini qazanmağa müvəffəq olduğu iqtisadi modelin sxemi 1990-cı ilə aid idi və 21-ci əsrin 10-cu illərinin sonlarına uyğun deyildi, bu isə məyusluğun səbəbinə çevrildi. 

2010-cu ildə hadisələr sürətlə inkişaf etməyə başladı, əvvəl İsmayılov Türkiyədəki bütün əmlakını itirdi. 

Hər şey nə vaxtsa Kamal Atatürkə məxsus yaxtada üzən fahişəxananın yaradılması ucbatından səs-küylü qalmaqal ilə başladı. Bu qalmaqala İsmayılovun nə aidiyyatı olduğu tam olaraq məlum deyil, amma o, bu iş üzrə məhkəmə iclaslarında iştirak edib. 

Nəticədə otel hərracdan 128 000 000 dolara satıldı, qalan əmlak isə kreditorların borcunu qaytarmaq üçün satılmalı oldu...

Həmin il Moskva Bankı İsmayılovun Moskvadakı əmlakını müsadirə həyata keçirdi. İş ondadır ki, bu bank İsmayılovun cavabdeh olduğu bir neçə şirkətə iri kredit təqdim edirdi. 

Nəticədə banka olan borc təxminən 300 000 000 dollara çatdı. İsmayılov bu borclar üzrə məsuliyyətdən boyun qaçırmaq üçün bütün mümkün vasitələr əl atdı, amma bank onun əmlakını həbs edib və bu əmlakı borcun kompensasiyası üçün sata bildi. 

01.10.2015 tarixində fiziki şəxslərin müflis olmasına dair qanun qüvvəyə mindi və VTB qrupunun hüquqşünasları Moskva şəhərinin arbitraj məhkəməsinə Telman İsmayılovun müflis olmasını tanımaq üçün müraciət etdilər. Onun müflis olması tannıdığı halda VTB qrupu onu aktivlərini idarə hüququ alacaqdı. 

Bundan qaçınmaq üçün İsmayılov birinci addım atdı və öz müflisliyini şəxsən yoxladı və 2015-ci ilin noyabrında Moskva vilayətini Arbitraj məhkəməsinə cənab Zubkov soyadlı şəxs Telman İsmayılovun müflis olmasının tanınmasına dair iddia ilə müraciət edib. 

Bəyan edilən məbləğ 15 000 000 rubldur və Arbitraj məhkəməsi rekord müddətdə T.İsmayılovun müflis olmasına dair qərar qəbule dib. 

Bankın nümayəndələri Moskva şəhərini məhkəməsinə ərizə ilə müraciət ediblər, bundan bir neçə həftə əvvəl isə İsmayılov Telman Mərdan oğlu yaşayış yerini Moskva vilayətinə dəyişib.

Məlum olduğu kimi fiziki şəxsin müflis olmasına dair iddianı yaşayış yeri üzrə məhkəməyə təqdim etmək lazımdır. Bank nümayəndələri bunu bilirdilər, amma İsmayılovun köçməyini bilmirdilər...

Amma cənab Zubkov bunu gözəl bilirdi, o iddianı lazım olan yerə vermişdi və İsmayılovun puluna növbə tutuanlardan birinci oldu. 

Sonda isə bir daha xatırladaq ki, 2015-ci ildə "Forbes” jurnalı Telman İsmayılovun sərvətinin təxminən 600 milyon dollar olduğunu bildirirdi. 2015-ci ilin 21 dekabrında verilən məhkəmə qərarına əsasən isə Telman İsmayılovun təxminən 14 milyon rubl dəyərində olan torpaq sahəsi, 25 min nağd pul və bank hesablarında isə 100 rubl və 30 dolları var. 


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...