Logo

Çindən gələn növbəti yük karvanı Türkiyəyə yola salındı - FOTO

Çindən gələn növbəti yük karvanı Türkiyəyə yola salındı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çindən hərəkət edən növbəti yük karvanı Bakı Limanından keçərək Türkiyəyə yola salınıb.

Bakı Limanından verilən məlumata görə, iyun ayının 30-da Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənən 43 konteynerdən ibarət blok qatarı Bakı Limanında aşırılıb. 6 saat davam edən yükaşırma əməliyyatından sonra yüklər Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Türkiyəyə çatacaq.

Qatarla Türkiyə Respublikasına Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü "Ady Container" MMC-dir.

Qeyd edək ki, bu, Sian-İstanbul marşrutu üzrə hərəkət edən ikinci karvandır. "Xi'an Free Trade Port Construction and Operations" logistik platforma tərəfindən təşkil olunan blok qatar mütəmadi olaraq Çindən Türkiyəyə yüklər daşıyacaq.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR