Mikayılın verilişi də bağlanır - Qərar
Kateqoriya məlum deyil
““Space” telekanalında yayımlanan “Sevimli şou”nun yayımı dayandırılacaq”.
"Qafqazinfo" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
Şura sədri bildirib ki, verilişin yaxın müddətdə yayımı dayandırılacaq.
***
“Sevimli şou”nun aparıcısı Mikayıl Güləddinoğlu verilişin bağlanması xəbərinə münasibət bildirib. Lent.az-a açıqlama verən aparıcı bildirib ki, bu qərardan xəbərsizdir: “Açığı, mənə verilişin bağlanması ilə bağlı heç bir xəbərdarlıq olunmayıb. Mən indi işdəyəm, xəbəri ilk olaraq sizdən eşidirəm. Belə məsləhət biliblərsə, yəqin, belə də lazımdır”.






