Baş Nazir qərar imzalayıb

Baş Nazir qərar imzalayıb
 Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə” 2020-ci il 1 aprel tarixli 123 nömrəli, "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” 2020-ci il 7 aprel tarixli 127 nömrəli, "Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə” 2020-ci il 7 aprel tarixli 128 nömrəli və "Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” 2020-ci il 7 aprel tarixli 129 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərar verib.

Sfera.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
 
"Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 aprel tarixli 123 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilib:

1.1.1-ci hissədə "xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək” sözləri "2020-ci il 1 iyul tarixinədək” sözləri ilə əvəz edilsin;

1.2.2-ci hissədə "xüsusi karantin rejimi müddətində” sözləri "xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci il 1 aprel tarixindən 2020-ci il 1 iyul tarixinədək olan müddətdə” sözləri ilə əvəz edilsin;

1.3.3-cü hissədə "xüsusi karantin rejimi müddəti başa çatdıqdan sonra” sözləri "xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci il 1 iyul tarixindən sonra” sözləri ilə, "həmin ailələrin” sözləri isə "bu Qərarın 2-ci hissəsində nəzərdə tutulan ailələrin” sözləri ilə əvəz edilsin.

2."Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 474; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 aprel tarixli 149 nömrəli Qərarı) 2-1-ci hissəsində "Birdəfəlik” sözü "Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik” sözləri ilə əvəz edilsin.

3."Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 128 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 475) 1-ci hissəsində "xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək” sözləri "xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci il 1 iyul tarixinədək, xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunan rayonlarda (şəhərlərdə) isə sərtləşmə müddətinin başa çatdığı tarixədək” sözləri ilə əvəz edilsin.

4."Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 129 nömrəli Qərarının 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"1. 2020-ci il 1 aprel tarixindən etibarən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi isə 2020-ci il 1 iyul tarixinədək olan müddətə davam etdirilsin.”.

5.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vəAzərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...