8103-ə göndərilən icazə SMS-ləri ilə bağlı əhaliyə xəbərdarlıq: “BELƏ ETSƏNİZ…”

8103-ə göndərilən icazə SMS-ləri ilə bağlı əhaliyə xəbərdarlıq: “BELƏ ETSƏNİZ…”

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, vətəndaşlar 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verir. 

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Sfera.az-a verilən məlumata görə, bəzi vətəndaşların sistem vasitəsi ilə "1” kodu, yəni təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar göndərilmiş müraciətlərini bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib. 

Cəmi 2 gün ərzində bu koddan 129 min 763 şəxs istifadə edib.

Bir daha xatırladırıq ki, 1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.

Vətəndaşlarımızı bu kimi hallara yol verməməyə çağırırıq. Əks halda bu hallar xüsusi karantin rejiminin tələblərinin pozulması deməkdir və kodlarla bağlı müəyyən məhdudiyyətlər tətbiq edilə bilər.

Hazırda əməkdaşlar üçün icazənin alınması ilə bağlı 54 min 512 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üzrə 738 min 937 aktiv icazə qüvvədədir.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 1 milyon 769 min SMS göndərilib ki, bunlardan 25 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 99,3 faizi 1 dəqiqə ərzində cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...