Fazil Mustafa və Bəxtiyar Hacıyev arasında QALMAQAL: Polisə müraciət edildi

Fazil Mustafa və Bəxtiyar Hacıyev arasında QALMAQAL: Polisə müraciət edildi
 

Milli Məclisin deputatı Fazil Mustafa ictimai fəal Bəxtiyar Hacıyevdən hüquq-mühafizə orqanlarına şikayət edib.

Sfera.az  xəbər verir ki, dünən səhər saatlarında Hacıyev deputatın şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq dindirilib.

Xatırladaq ki, F.Mustafa iyunun 20-də özünün Facebook səhifəsində Bəxtiyar Hacıyevin onu şantaj etməyə çalışdığını yazmışdı:

"Azərbaycan Ordusunda xidmət etməkdən imtina edən Vətən xaini Bəxtiyar Hacıyev zəng edib növbəti tərbiyəsizliyini etdi və bildirdi ki, səsinizi yazıram. Mənim icazəm olmadan səsimi yazmaqla şantaj məqsədi güddüyünü anladım. Mən də mərhum atam haqqında yazdığı böhtan xarakterli əxlaqsız yazılara görə onun hüquqi müstəvidə cavabının veriləcəyini bildirdim. Və bildirdim ki, onun yaxınlarının pis yola düşməsində nə mənim, nə atamın hansısa günahı yoxdur. Səbəbi başqa yerdə axtarsın. Bu düşünür ki, telefon şantajı ilə etdiyi əməllərdən yaxasını qurtaracaq. Bilir ki, quyruğu qapı arasındadır. Bu Vətən xaininin sonadək cəzalandırılması üçün əlimdən gələni edəcəyəm. Sonra da bir neçə yenə də təhqir xarakterli mesaj da yazdı. Bu yazdığım statusla ölkənin Baş prokuroruna, Daxili İşlər nazirinə müraciət edirəm, açıq-aşkar şantaj və təhqirlə üzərimizə hücum edən Bəxtiyar Hacıyevin qanunun tələbinə uyğun olaraq məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görməyə çağırıram”. (baku.ws)


OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...