Bu proqramla koronavirusdan qoruna bilərsiniz - VİDEO

Bu proqramla koronavirusdan qoruna bilərsiniz - VİDEO
 

Azərbaycanda da koronavirus pandemiyasının qarşısının alınması məqsədilə TƏBİB-lə birlikdə koronavirus infeksiyasının ölkəmizdə yayılması statistikasını əks etdirən və vətəndaşları mütəmadi olaraq məlumatlandıran "e-Təbib” adlı mobil tətbiq hazırlanıb.

Sfera.az  Baku.Tv-yə istinadən xəbər verir ki, əvvəlcə onu qeyd edək ki, bu mobil tətbiqdən istifadə bütün mobil operator istifadəçiləri üçün tam pulsuzdur. Bu proqramı telefona yükləməklə siz ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar olunacaqsınız. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəniz olubsa, sizə bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcəksiniz.

"Bu proqramı asanlıqla "Play Market” və ya "AppStore” vasitəsilə telefona yükləmək olar. Eyni zamanda tətbiqin köməyi ilə koronavirus əleyhinə qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər də almaq mümkündür”, - deyə layihə rəhbəri Fuad Niftəliyev bildirib.

Mobil tətbiq hazırlandığı zaman Böyük Britaniyanın, Sinqapurun, Stanford Universitetinin, İsrailin təcrübəsindən geniş istifadə edilib. Hətta bir-birinə rəqib olan iki nəhəng "Apple” və "Google” şirkətləri layihəni birgə işləyib və dünya səhiyyəsinə pulsuz təklif ediblər. Artıq bir sıra ölkələrdə pandemiyanin ən pik vaxtında "E-Təbib” mobil tətbiqi kimi tətbiqlər fəaliyyətdədir və öz effektini göstərib.

"Qeydiyyatdan keçdikdən sonra sizə "Bluetooth” sisteminin aktivləşdirilməsi üçün sorğu gələcək. Sistemi aktivləşdirdiyiniz halda siz ictimai yerlərdə insanların çoxluq təşkil etdiyi məkanlarda olarkən ətrafınızdakıların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdarlıq mesajı alacaqsınız. Aktivləşdirmədiyiniz halda isə mobil tətbiq sizə bu barədə bildiriş göndərməyəcək və siz tətbiqə yüklənən koronavirusdan düzgün qorunmağın yolları barədə maarifləndirici məlumatlardan istifadə edə biləcəksiniz”, - layihə rəhbəri Fuad Niftəliyev əlavə edib.

Tətbiq olunan yenilik vətəndaşların da ürəyincədir. Deyirlər, ümid edirik, bu tətbiqdən sonra yoluxma sayı da azalar. Artıq istifadəyə verildikdən bu günə kimi E-Təbib” mobil tətbiqini android platformasından 12 min, ios sistemindən isə 6 minə yaxın insan yükləyib.

Proqram yalnız mobil tətbiq proqramını yükləmiş şəxslər arasında çalışacaq. Eyni zamanda qeydiyyatdan keçən şəxslərin kimlikləri barədə məlumatlar anonim saxlanılır. Yalnız laboratoriya analizi verən zaman TƏBİB tərəfindən vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN kodu götürülür və vətəndaşlara da testin kodu verilir. Həmin kod vasitəsilə şəxs fərdi qaydada mobil tətbiq üzərindən analizlərinin nəticələrinə baxa bilər. Proqram koronavirus daşıyıcısı olan şəxsləri müəyyən etsə də, heç bir şəxsi məlumatları qeyd etmir.



OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...