Hökumətdən Beynəlxalq Banka - 600 milyon manat
Kateqoriya məlum deyil
2016-cı ildə Azərbaycan Beynəlxalq Bankına əlavə 600 mln. manatın ayrılması planlaşdırılır.
Sfera.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə “Moody’s” reytinq agentliyinin hesabatında qeyd olunub.
Bildirilir ki, hökumətin bu qərarı ölkənin ən böyük bankına dəstəyin vacib olduğunu göstərir.
“Kiçik bank sektoru da hökumətə bu sektoru dəstəkləmək üçün imkan yaradır. Lakin birbaşa kapital dəstəyi əlavə fiskal xərc ola bilər”, - deyə hesabatda qeyd olunub.






