Mərkəzi Bank özəl həyata müdaxilə edir – Dollar alışı nəzarətinə ETİRAZ

Mərkəzi Bank özəl həyata müdaxilə edir – Dollar alışı nəzarətinə ETİRAZ

Mərkəzi Bankın (MB) bu addımı qara bazarın artmasına səbəb olacaq. Bundan əlavə, ölkədə ikili məzənnə sistemi yaranacaqsa, bu hal mal və xidmətlərin bahalaşmasına gətirib çıxaracaq, vətəndaşın işgörmə qabiliyyətini aşağı salacaq”.


Sfera.az-a açıqlamasında bu sözləri Mərkəzi Bankın Azərbaycanda xarici valyuta alanlara nəzarətin bir qədər də gücləndirilməsilə bağlı göstərişinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib: "Qara bazarda daha yuxarı məzənnə ilə pulunu valyutaya çevirən iş adamı məcburən həmin məzənnə fərqini satdığı mal və xidmətinin üzərinə gələcək. Ona görə də MB-nın hərəkəti qiymət artımına təkan verəcək addımdır”.


Həmsöhbətimiz dedi ki, MB bu addımla dollara tələbatı maksimum dərəcədə aşağı salmağı düşünür: "Mərkəzi Bankın dollar alanlara nəzarəti gücləndirməsinin məqsədi əslində aydındır. Məqsəd odur ki, dollara tələbat maksimal dərəcədə aşağı salınsın. Dollara çıxış imkanlarını məhdudlaşdırmaq və bununla məzənnəyə olan təzyiqləri inzibati üsullarla aradan qaldırmaq üçün atılan addımdır. Bu mənada MB-ın məqsədi aydındır”.


Amma N. Cəfərliyə görə, qurumun atdığı bu addımın məntiqi yoxdur və həmin hərəkət əks effekt yaradacaq: "Valyuta bazarı nə qədər sərt nəzarət altına alınırsa,bu, istər-istəməz növbəti mərhələdə qara bazarın güclənməsinə gətirib çıxaracaq.Azərbaycan iqtisadiyyatının anatomiyasından doğan səbəblərə görə, bir çox iş adamları satdığı, aldığı məhsulun sənədləşdirilməsində ciddi problemlərlə qarşılaşır. İndi Azərbaycan iqtisadiyyatı elə bir durumdadır ki, eksperiment keçirmək lazım deyil. Sanki bununlabütün iqtisadiyyatın ağardılması yolunda addımlar atılır. Amma indiki zamanda bu mümkün deyil. O mənada ki, sanki hamını toplayıb yanğından necə qorunmaq barədə treninq keçirilir. MB-nın yanaşması buna bənzəyir. Əvvəl yanğın söndürülməli, iqtisadiyyatdakı problemlər aradan qaldırılmalıdır.Yalnız bundan sonra onun strukturu, yəni ağardılması istiqamətində addımların atılmasının məntiqi olardı”.

 

İqtisadçı qeyd etdi ki, alınan valyutanın mənbəyi bir yana, onun xərclənmə istiqamətinin sorğu-sual edilməsi tamamilə absurddur:"Bu özəl həyata müdaxilədir. Belədə kiməsə 5 min dollar lazım olacaqsa, 10 nəfər dostunun şəxsiyyət vəsiqəsilə birlikdə gedib hərəsi 500 olmaqla həmin vəsaiti alacaq. Bunun kimə nə xeyri olacaq? Adi inzibati baryer yaratmaqla həm vətəndaşın iş görmə qabiliyyətini aşağı salır, həm ikili məzənnə sisteminin yaranmasına təkan verir, həm də bahalaşma üçün zəmin hazırlayırlar”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Niyə əksər taksilər sarı rəngdir?

Taksi dünyasında rənglərin böyük əhəmiyyəti var. Şəhərlərin küçələrində dolaşan taksilərin tez-tez müəyyən rəng tonuna boyanması keçmişdən bu günə qədər dəyişmə...

Azərbaycanda həbs edilən FETÖ üzvünə hökm oxundu

2023-cü ilin iyul ayında Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyatlar çərçivəsində saxlanılan 1994-cü il təvəllüdlü İlkin M.-ə hökm oxunub.   Sf...

Farahla Gökhan sevgilidir?

Türkiyəli aktrisa Farah Zeynep Abdullah şəxsi həyatı ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, aktrisanın müğənni Gökhan Özoğuzla sevgili ol...

Ramazan ayının başlaması ilə bağlı verilən fətvanın VAXTI AÇIQLANDI

Sabah Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlaması ilə bağlı fətva veriləcək.   Sfera.az xəbər verir ki, bunu Teleqraf-a açıqla...

Bakının bu yollarında sürət həddi endirildi

Bakının bəzi yollarında sürət həddi endirilib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkə...

Minlərlə dənizçi okeanın ortasında tərk edilmiş gəmilərdə ilişib qalıb

Minlərlə dənizçi əcnəbi sularda öz gəmilərinin göyərtəsində, maaş almadan, az miqdarda təchizatla və evlərinə qayıtmaq imkanı olmayan qapalı vəziyyətdə qalır. ...