Azərbaycanda deputatlar koronavirusa yoluxub – Testlərin cavabları…

Ötən gün Milli Məclisin deputatları və Aparat işçiləri koronavirus testindən keçiblər.
Sfera.az xəbər verir ki, deputatlardan bir neçəsinin analiz nəticələrinin pozitiv çıxdığı bildirilir. Hələ ki, onların kim olması barədə ictimaiyyətə açıqlama verilmir.
Hazırda 121 deputatının hər birinin nəticələri bəlli olduqdan sonra, Milli Məclisin Mətbuat Xidməti tərəfindən ictimaiyyətə açıqlama veriləcək.
İyunun 21-də gün ərzində Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah (23 iyun) bəlli olacaq.
Milli Məclisin deputatı Musa Quliyev Qazet.az-a açıqlamasında bildirib ki, deputatlar arasında koronavirusa yoluxanların kimliyi hələ ki, bilinmir.
"Biz hamımız dünən test vermişik. Amma cavablar bizə hələ ki, deyilməyib. Yəqin sabah bizə açıqlayacaqlar”.
Qeyd edək ki, deputat Sahib Alıyev şənbə günü koronavirusa yoluxduğunu açıqlamışdı.