Gömrük Hospitalından Bəhram Bağırzadənin yayılan səs yazısına MÜNASİBƏT
Sfera.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının mətbuat katibi Dilara Zamanova deyib.
D. Zamanovanın sözlərinə görə, ilk günlər vəziyyəti stabil olsa da, iyunun 13-də xəstənin vəziyyəti kəskin pisləşib və o, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib: "Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar. Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Çaşqınlıq yaradan və insanları koronavirusun bir oyun, şou olduğuna inandırmağa çalışan bir qrup insanın bu cür hərəkətləri kəskin ictimai qınaqla qarşılanmalıdır. Belə ki, Azərbaycan hökumətinin karantin rejimi ilə bağlı qəbul etdiyi qərarların həyata keçirilməsinə əngəl yaradır”.






