Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
 

21 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, iyunun 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 28-31, Bakıda gecə 23-25, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 749 mm civə sütunundan 752 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.

İyunun 21-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.


OXŞAR XƏBƏRLƏR

DYP-dən qarlı hava ilə bağlı sürücülərə- XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə bu gün axşamdan başlayaraq fevralın 27-dək ölkə ərazisində havanın küləkli olacağı, fasilələrlə sulu ...

Kənd təsərrüfatı mallarının istehsalına maraq azala bilər - TƏHLİL

Azərbaycandan xaricə kənd təsərrüfatı məhsulları ixrac edib, amma əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan sahibkarlara qarşı bir müddətdir ki, tədbirlər...

Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin ayl...

"İqtidarla müxalifət arasında təmaslar üçün vasitəçiyə ehtiyac duyulmur"- Ədalət Vəliyev

“Siyasi partiyaların fəallığı və ölkəmizdə yaşanan siyasi dialoq mühiti sayəsində iqtidar ilə müxalifət arasında işlək təmasların qurulması üçün artıq hər...

Rusiya Kurskda irəliləyir - İki yaşayış məntəqəsi azad edildi

Rusiya qoşunları Kursk vilayətinin Orlovka və Poqrebki yaşayış məntəqələrini azad edib.    Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Naz...

İtən təyyarə yenidən axtarılacaq - On bir ildən sonra

On bir il əvvəl radarlardan itən “Malaysia Airlines” aviaşirkətinə məxsus “Boeing 777-200” sərnişin təyyarəsinin axtarışlarına yenidən b...