Nigar Arpadarai düymə basmaqda həmkarları ilə rəqabət apara bilmir

Nigar Arpadarai düymə basmaqda həmkarları ilə rəqabət apara bilmir
 

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının dördüncü iclasında spiker Sahibə Qafarova ilə deputat Nigar Arpadarai arasında maraqlı dialoq baş tutub.

 

Sfera.az xəbər verir ki, deputat N.Arpadarai çıxış üçün spikerdən bir dəqiqəlik vaxt istəyib:

 

"Mən həmkarlarımla rəqabət aparmaqda çətinlik çəkirəm. Yəni çıxış üçün düyməni vaxtında basa bilmirəm, ona görə gecikirəm. Xahiş edirəm ki, mənə 1 dəqiqəlik söz verin".

 

Spiker isə həmkarına belə cavab verib:

 

"Mən başa düşürəm rəqabət nə deməkdir, burada çox təcrübəli insanlar var. Buna görə də sizə söz verirəm, çünki səmimi danışdınız".

 

Qeyd edək ki, N.Arpadarai çıxışında həkimlərin sosial sığortası ilə bağlı məsələni gündəmə gətirib.


OXŞAR XƏBƏRLƏR

"İqtidarla müxalifət arasında təmaslar üçün vasitəçiyə ehtiyac duyulmur"- Ədalət Vəliyev

“Siyasi partiyaların fəallığı və ölkəmizdə yaşanan siyasi dialoq mühiti sayəsində iqtidar ilə müxalifət arasında işlək təmasların qurulması üçün artıq hər...

Rusiya Kurskda irəliləyir - İki yaşayış məntəqəsi azad edildi

Rusiya qoşunları Kursk vilayətinin Orlovka və Poqrebki yaşayış məntəqələrini azad edib.    Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Naz...

İtən təyyarə yenidən axtarılacaq - On bir ildən sonra

On bir il əvvəl radarlardan itən “Malaysia Airlines” aviaşirkətinə məxsus “Boeing 777-200” sərnişin təyyarəsinin axtarışlarına yenidən b...

Bayramov Səudiyyənin XİN rəhbəri ilə görüşdü

26 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində bu ölkəni...

Bu məşhur serial finala çıxır

Məşhur "Siyah kalp" serialı finala çıxır.    Sfera.az xəbər verir ki, serialın son yayım tarixi bəlli olub. Serial son bölümü martın 2...

MM Xocalı soyqırımı ilə əlaqədar müraciətlər ünvanladı

Milli Məclis tərəfindən Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamen...