Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
 

İyunun 20-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda  gecə 22-24, gündüz  32-34 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 753 mm civə sütunundan 749 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.   

Abşeron çimərliklərində şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.  

İyunun 20-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 20-21-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir  ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

 

OXŞAR XƏBƏRLƏR

İtən təyyarə yenidən axtarılacaq - On bir il sonra

On bir il əvvəl radarlardan itən “Malaysia Airlines” aviaşirkətinə məxsus “Boeing 777-200” sərnişin təyyarəsinin axtarışlarına yenidən b...

Bayramov Səudiyyənin XİN rəhbəri ilə görüşdü

26 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində bu ölkəni...

Bu məşhur serial finala çıxır

Məşhur "Siyah kalp" serialı finala çıxır.    Sfera.az xəbər verir ki, serialın son yayım tarixi bəlli olub. Serial son bölümü martın 2...

MM Xocalı soyqırımı ilə əlaqədar müraciətlər ünvanladı

Milli Məclis tərəfindən Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamen...

Gizli xəstəlik: 50-dən çox insan naməlum səbəbdən öldü

Mərkəzi Afrika ölkəsi Konqo Demokratik Respublikasında 50-dən çox insan naməlum xəstəlikdən ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhi...

Rusiya və Belarus arasında təhlükəsizlik müqaviləsi ratifikasiya edildi

Rusiyanın Federasiya Şurası bugünkü iclasında İttifaq dövləti çərçivəsində Rusiya və Belarus arasında təhlükəsizlik zəmanətlərinə dair müqaviləni ratifikasiya e...