SON DƏQİQƏ: Azərbaycanda koronavirusa görə daha bir QADAĞA LƏĞV EDİLDİ

SON DƏQİQƏ: Azərbaycanda koronavirusa görə daha bir QADAĞA LƏĞV EDİLDİ
 

AFFA İcraiyyə Komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə bağlı qərar qəbul olunub.

Sfera.az  azsabah.com-a istinadla federasiyanın rəsmi saytına istinadən məlumatına görə, COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün çempinat və kubok yarışı dayandırılıb.

 

Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib (11 səs lehinə, 1 səs əleyhinə).

20 turdan sonra 45 xalla zirvədə yer alan "Qarabağ" çempion elan olunub. Ağdam klubu 2020/2021 mövsümündə Azərbaycanı Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında təmsil edəcək.

"Qarabağ" ardıcıl 7-ci, ümumilikdə 8-ci dəfə çempionluq əldə edib. "Sumqayıt" isə tarixdə ilk dəfə Azərbaycanı avrokuboklarda təmsil etmək hüququ qazanıb. 

Qeyd edək ki, İK daha əvvəl Premyer Liqanın iyunun 21-də bərpa olunacağını açıqlamışdı.


OXŞAR XƏBƏRLƏR

Özcan Deniz ürək əməliyyatı olunacaq

Türkiyəli məşhur müğənni və aktyor Özcan Deniz yaxın günlərdə ürək əməliyyatı keçirəcək.   Sənətçinin ürəyinə 3 stend qoyulacaq. Məlumatı "Magaz...

Dəmir Yolları və Dəniz Limanının Birləşdirilməsi iqtisadiyyata necə təsir edəcək? - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkil olunması barədə fərman imza...

Mahir Emrelinin transfer qiyməti açıqlandı

“Nürberq”in futbolçusu Mahir Emrelinin transfer qiyməti açıqlanıb.   Sfera.az verir ki, Azərbaycan millisinin hücumçusunu heyətinə q...

“Azərsun Holdinq” rəhbərliyi Xocalı abidəsini ziyarət edib

Xocalı soyqırımının 33-cü ildönümündə “Azərsun Holdinq”in rəhbərliyi və işçi heyəti, bu faciənin qurbanlarını anmaq üçün Bakıda yerləşən “Ana ...

Almaniyanı “uzun adam” idarə edəcək - Merz kimdir?

2025-ci ilin fevralın 23-də Almaniya parlamentinə növbədənkənar seçkilər keçirilib.    Sfera.az xəbər verir ki, nəticələrə görə Xristian Demok...

Ermənistanı sülh müqaviləsində narazı salan nədir?

Ermənistan XİN-in sözçüsü Ani Badalyan bildirib ki, Azərbaycandan sülh sazişi layihəsinə cavab alıblar, lakin digər məsələlərdə - kommunikasiyaların blokdan çıx...