Həftəsonu ilk Günəş tutulması olacaq

Həftəsonu ilk Günəş tutulması olacaq
 Bu ilin ilk Günəş tutulması hadisəsi iyunun 21-nə təsadüf edəcək.

Sfera.az xəbər verir ki, tutulma Bakı vaxtı ilə saat 07:46 radələrində başlayacaq, saat 13:34-də sona çatacaq. 

Tutulmanın maksimum həddi 10:41-də olacaq. Bu təbiət hadisəsi təxminən 5 saat 48 dəqiqə davam edəcək.

Günəş tutulması Afrika, Cənub-Şərqi Avropa və Asiyada müşahidə ediləcək. Prosesin halqavarı fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsi, Pakistanın cənubu, Hindistanın şimalı və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar halqa görəcəklər.

Qeyd edək ki, Azərbaycan ərazisində Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma ölkə ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu şəxslərə 10 000 manata yaxın pul veriləcək

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələrinin bədii və texniki ...

Bakıda daha bir şadlıq evi bağlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli şadlıq evinin fəaliyyətini dayandırıb.   Sfera.az nazirliyə istinadən x...

Özcan Deniz ürək əməliyyatı olunacaq

Türkiyəli məşhur müğənni və aktyor Özcan Deniz yaxın günlərdə ürək əməliyyatı keçirəcək.   Sənətçinin ürəyinə 3 stend qoyulacaq. Məlumatı "Magaz...

Dəmir Yolları və Dəniz Limanının Birləşdirilməsi iqtisadiyyata necə təsir edəcək? - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkil olunması barədə fərman imza...

Mahir Emrelinin transfer qiyməti açıqlandı

“Nürberq”in futbolçusu Mahir Emrelinin transfer qiyməti açıqlanıb.   Sfera.az verir ki, Azərbaycan millisinin hücumçusunu heyətinə q...

“Azərsun Holdinq” rəhbərliyi Xocalı abidəsini ziyarət edib

Xocalı soyqırımının 33-cü ildönümündə “Azərsun Holdinq”in rəhbərliyi və işçi heyəti, bu faciənin qurbanlarını anmaq üçün Bakıda yerləşən “Ana ...