Baş Prokurorluğun sabiq müstəntiqinin məhkəməsi başlayır

Baş Prokurorluğun sabiq müstəntiqinin məhkəməsi başlayır
 Nəsimi Rayon Məhkəməsinə Baş Prokurorluğun sabiq müstəntiqi Orxan Hacıyevin cinayət işi üzrə məhkəmə araşdırması başlayır.

Sfera.az xəbər verir ki, cinayət işi hakim Azər Tağıyevin icraatına verilib.

Hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, ittihama görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin sabiq əməkdaşı Orxan Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.

Aparılmış araşdırmalarla Orxan Hacıyevin 2015-2018-ci illərdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsini icra edərkən icraatında olan cinayət işinin istintaqı ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək zərərçəkmiş şəxsin qohumunu xidməti otağında qəbul edərək istintaqın aparılması və təqsirləndirilən şəxsin tutulması məqsədilə əməliyyat tədbirlərinin keçirilməsinin təşkili üçün xərclərin həmin şəxs tərəfindən ödənilməli olması adı ilə aldadaraq 5 000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.  (report.az)

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu şəxslərə 10 000 manata yaxın pul veriləcək

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələrinin bədii və texniki ...

Bakıda daha bir şadlıq evi bağlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli şadlıq evinin fəaliyyətini dayandırıb.   Sfera.az nazirliyə istinadən x...

Özcan Deniz ürək əməliyyatı olunacaq

Türkiyəli məşhur müğənni və aktyor Özcan Deniz yaxın günlərdə ürək əməliyyatı keçirəcək.   Sənətçinin ürəyinə 3 stend qoyulacaq. Məlumatı "Magaz...

Dəmir Yolları və Dəniz Limanının Birləşdirilməsi iqtisadiyyata necə təsir edəcək? - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkil olunması barədə fərman imza...

Mahir Emrelinin transfer qiyməti açıqlandı

“Nürberq”in futbolçusu Mahir Emrelinin transfer qiyməti açıqlanıb.   Sfera.az verir ki, Azərbaycan millisinin hücumçusunu heyətinə q...

“Azərsun Holdinq” rəhbərliyi Xocalı abidəsini ziyarət edib

Xocalı soyqırımının 33-cü ildönümündə “Azərsun Holdinq”in rəhbərliyi və işçi heyəti, bu faciənin qurbanlarını anmaq üçün Bakıda yerləşən “Ana ...