Logo

Ulu Öndər Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır

Ulu Öndər Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xalqın təkidli tələbi ilə ikinci dəfə - 15 iyun 1993-cü ildə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev çox çətin iqtisadi-sosial və ictimai-siyasi vəziyyətdə olan müstəqil Azərbaycan Respublikasını qısa müddət ərzində böyük gələcəyi olan bir dövlətə çevirmişdir. Bu misilsiz şəxsiyyətin xalqımız üçün etdiyi işlərin möhtəşəmliyini, tarixi dəyər və miqyaslarını əhatə etmək olduqca çətindir . Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi sayəsində ölkəmizdə siyasi sabitlik bərpa olundu, bazar iqtisadiyyatına keçidi təmin etmək üçün mühüm iqtisadi islahatlar başlandı. Ulu Öndər iqtisadi islahatları neft strategiyası ilə sıx bağlılıqda həyata keçirməyə başladı. Bununla həm iqtisadi potensialı gücləndirdi, həm də beynəlxalq aləmdən güclü dəstək aldı. 1994-cü il sentyabrın 20-də Azərbaycan və 6 müxtəlif ölkəni təmsil edən 11 neft şirkəti arasında məhsulun bölüşdürülməsinə dair imzalanan saziş - "Əsrin müqaviləsi" bu prosesdə həlledici rol oynadı. Müqavilənin müsbət tərəfi ondan ibarət idi ki, ölkənin siyasi stabilliyi və iqtisadi müstəqilliyinə kömək edirdi. Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində ABŞ şirkətləri Xəzər hövzəsinə gətirilərək yataqların birgə işlənməsinə başlandı. Böyük strateji təfəkkür sahibi olan Heydər Əliyev gözəl bilirdi ki, ölkənin müstəqillik tarixində yeni bir dönəmin bünövrəsi qoyuldu. Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərinin istifadəyə verilməsinə baxmayaraq, bu kəmərlər Azərbaycanın getdikcə artan neft həcmlərini dünya bazarına ixrac etmək iqtidarında deyildi. Məhz buna görə də istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün yeni neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ideyası ən aktual məsələ olaraq gündəmə gətirildi. Bu konsepsiyasının həm də iqtisadi cəhətdən səmərəli bir layihə olduğu sübut olundu və "üç dənizin əfsanəsi" reallığa çevrildi. Ümummilli Lider Heydər Əliyev siyasi və iqtisadi islahatlar apararaq strateji əhəmiyyətli sistemli addımlar atdı. Heydər Əliyev çox ağıllı kadr siyasəti həyata keçirərək gənc, yüksək diplomatik hazırlığa malik İlham Əliyevi neft strategiyasının reallaşdırılması prosesinə cəlb etdi. Təcrübə göstərdi ki, bu, çox uğurlu bir addım oldu və İlham Əliyev bu yolu olduqca səmərəli surətdə inkişaf etdirməkdədir. Bu prosesdə dövlət başçısının vurğuladığı kimi, insan kapitalı başlıca yeri tutmaqdadır. Zaman keçdikcə biz Ümummilli Lider Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Əslində bu qeyri-adi şəxsiyyət hər zaman bizim əhatəmizdədir. Çünki Ulu Öndərin layiqli davamçısı prezidentimiz İlham Əliyev Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, onun imkan tapıb həyata keçirə bilmədiyi ideyaları tarixə çevirir.

Nəsimi rayonu Fehruzzadə Xatirə Qurban qızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR