Xalqın xilaskarı
Xalqımız 1993-cü ilin 15 iyun gününü Azərbaycanın müasir tarixində şanlı yeri olan bir hadisə kimi qeyd edir. O gün bütün Azərbaycanların doğma Qurtuluş günü kimi tarixdə qaldı: tərcübəli siyasi xadim, xalqın müfuzlu rəhbəri kimi tanınan Heydər Əliyev çox çətin bir dövrdə Bakiya gəldi. Elə bir zaman idi ki, xalq hərəkatı ölkəni bürümüşdü və hərəkatın istiqamətləndirilməsində tərcübəsiz insanlar iştirak edirdi. Müstəqilliyinə nail olmuş Respublikada siyasi hakimiyyət uğrunda müxtəlif qüvəllər arasında mübarizələr gedir, intriqalar baş verir, vətəndaş müharibəsi təhlükəsi yaranırdı. Erməni işğalçıları Dağlıq Qarabağı və Azərbaycan rayonlarını bir-birinin ardınca ələ keçirir, cinayətkar qüvvələr hakimiyyətə can atır, özbaşına siyasi qrup və dəstələr yaradılırdı. Separatcı qüvvələr baş qaldırır və respublikanın parçalanması təhlükəsi çoxalırdı. İctimai həyatın iflic olması və iqtisadiyyatın dağılması şəraitində cinayətkar durum yüksək həddə çatırdı. Naxçıvan Muxtar Respublikasında xalqın dəstəyini almış Heydər Əliyev böyük çətinlikləri dəf edərək müstəqil Azərbaycanın üçrəngli bayrağını yenidən qaldırıb ona tarixi status verdi. Belə bir şəraitdə Azərbaycan xalqı Heydər Əliyevin Bakiya gəlməsini və bu qurtuşda rəhbərlik etməsini yeganə çıxışı yolu hesab edirdi. 1993-cü ildə May ayının 15-də Böyük Qurtuluş baş verdi: Heydər Əliyev Bakiya gəldi. Müdrik rəhbər yeni Azərbaycanı qurmaq uğrunda çətin siyasi və iqtisadi problemlərin həllinə başladı. Bu yolda onun arxalandığı əsas qüvvə xalq olmuşdur. Təsadüfi deyil ki, məhz xalqın dəstəyi ilə Heydər Əliyev "Ulu öndər" və "Ümumi-milli lider" kimi yüksək mənalı adları qazanmışdır. Bu gün Azərbaycan xalqı Ulu öndərin layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi altında Böyük Qurtuluşun müəyyən etdiyi istiqamətdə irəliyə doğru gedir.
Nəsimi rayon sakini Imamverdi Hamidov






