"Nar” gənclərin onlayn keçirdikləri tədbirə dəstək olub

 

"Nar” gənclərin inkişafına, liderlik bacarıqlarının və potensiallarının üzə çıxarılmasına önəm verən "AIESEC Azərbaycan” beynəlxalq tələbə gənclər təşkilatının onlayn keçirilmiş tədbirinə dəstək olub. Dünyada yayılan "COVID-19” pandemiyası ilə əlaqədar tədbirlərin keçirilməsinə qoyulan qadağa ilə əlaqədar olaraq, təşkilat "Evdə qal: gələcəyini qur” adlı tədbirini karantin tələblərinə uyğun olaraq onlayn keçirib. İyunun 4-8-də keçirilmiş tədbirdə müxtəlif sahələrdən 200-ə qədər gənc iştirak edib.

Tədbirin əsas məqsədi pandemiya vəziyyətinə uyğun gələcəkdə uyğunlaşma problemi yarandıqda gənclərə dəstək olacaq seminarlar keçirməkdir. Seminarlar "Post-pandemiyada dünya”, "Karyera”, "Maliyyə”, "Sağlamlıq” kimi mövzuları əhatə edib. "AIESEC” dünyanın 126 ölkəsində fəaliyyət göstərən və 34 mindən çox üzvü olan dünyanın ən böyük beynəlxalq tələbə gənclər təşkilatlarından biridir.

Qeyd edək ki, "Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində gənclərin maariflənməsi, dünyagörüşü və analitik düşüncə bacarığını inkişaf etdirən layihələrə dəstək verib. "Nar”ın KSM layihələri haqqında ətraflı məlumatı nar.azsəhifəsindən əldə etmək olar.


"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...