Logo

Azərbaycanda əmək qabiliyyəti 15 yaşdan hesablana bilər

Azərbaycanda əmək qabiliyyəti 15 yaşdan hesablana bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Sosial sığorta haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. 
Sfera.az xəbər verir ki, APA-nın məlumatına görə, layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, sənəd Azərbaycan prezidenti tərəfindən təqdim olunub.
Layihəyə əsasən qanunun 14-cü maddəsinə əlavə edilən "Qeyd”də bildirilir ki, "Bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əməkqabiliyyətli şəxslər dedikdə I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür”.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR