Baş prokurorun 34 yaşlı yeni müavini kimdir? - DOSYE
Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Vidadi oğlu Məmmədov haqqında bəzi məlumatları oxuculara təqdim edirik:
Məmmədov Heydər Vidadi oğlu 1986-cı ildə Bakı şəhərində anadan olub, 2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirib.
2008-ci ildən etibarən prokurorluq orqanlarına işə qəbul olunaraq, Bakı şəhər prokurorluğunda, Bakı şəhəri Nəsimi, daha sonra Nizami rayon prokurorluqlarında müstəntiq vəzifəsində işləyib.
2012-2014-cü illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində prokuror, böyük prokuror vəzifələrində işləyib.
2017-ci ildən H.Məmmədov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsini rəisi, 2019-cu il tarixdən isə həmin Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifələrində çalışıb.
17.02.2020-ci ildən H.Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Heydər Məmmədov Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir, həmçinin prokurorluqda qüsursuz xidmətə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılıb.
Ailəlidir. İki övladı var. (baku.ws)






