Son zəngi bulvarda tənha keçirən məzun - VİDEO

Son zəngi bulvarda tənha keçirən məzun - VİDEO
 
Nə koronavirus, nə də karantin qaydaları onun əsl məzun kimi görünmək arzusuna mane oldu.

Sfera.az  Baku.tv-yə istinadən xəbər verir ki, maraqlı məqam Dənizkənarı milli parkda qeydə alınıb.

Nərmin deyir ki, səhər sinif yoldaşları ilə onlayn son zəngə qoşulduqdan sonra məzun gününü qeyd etmək üçün bulvara gəlib.

"Təşəkkür edirəm ki, heç olmasa onlayn da olsa, qeyd etməyə imkan yaratdılar. Ümid edirəm ki, gələn il məzunlar son zəngi normal qeyd edə bilərlər”, – deyə, Nərmin qeyd edib.

Nərmin 271 nömrəli məktəbin məzunudur. Onu bu gündə tək qoymayan isə anasıdır. Qızının bu arzusunu reallaşdıran ana da vəziyyətlə barışıb. Deyir, əlimdən gələn onunla əsl məzun kimi şəhərdə gəzməkdir.

Qeyd edək ki, bu gün orta məktəbləri bitirən şagirdlər üçün virtual "Son zəng” keçirilib. Məzunlar üçün son zəngi ötən illərdən fərqli olaraq, Təhsil naziri Ceyhun Bayramov çalıb.
 


OXŞAR XƏBƏRLƏR

Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidenti İlham Əliyev özünün “X” hesabında Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ...

Hikmət Hacıyev Fəxrəddin Altunla regional məsələləri müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə...

Yeni vəzifəyə təyin olunan Fərid Əsgərov kimdir? -FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova yeni müavin təyin edilən polkovnik Fərid Əsgərovla bağlı ...

15 nəfərin ölümünə səbəb olan spirti istehsal edən həbs olundu

Xəbər verildiyi kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi...

Hərbi Prokurorluqda Xocalı soyqırımı ilə bağlıkonfrans - FOTO

Fevralın 25-də Hərbi Prokurorluğunda “Xocalı soyqırımının otuz üçüncü ildönümü” ilə əlaqədar elmi-praktik konfrans keçirilib.   Sfera.az&...

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri H...