İnternetdə vaxt keçirənlərin DİQQƏTİNƏ - karantin günlərində...AÇIQLAMA

İnternetdə vaxt keçirənlərin DİQQƏTİNƏ - karantin günlərində...AÇIQLAMA
 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimi günlərində (14-15 iyun) ölkə vətəndaşlarının nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən, internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə zəruri tədbirləri davam etdirir.


Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumata görə, bu məqsədlə tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin, telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.

Xüsusi karantin rejimi günlərində nazirliyə məxsus "Aztelekom” və "Bakı Telefon Rabitəsi” MMC-lər sabit telefon və genişzolaqlı internet xidmətlərinin fasiləsiz işini təmin edəcək. 

Vətəndaşlardan fasiləsiz fəaliyyət göstərən 155, 170 nömrəli "Vahid Çağrı Mərkəzi”nə və nazirliyin 1655 nömrəli "Qaynar xətti”nə daxil olan müraciətlər anında emal edilərək, aidiyyəti struktur bölmələrə yönləndirilir.

Eyni zamanda, müraciətlər nazirliyin və qurumların elektron poçt ünvanları və sosial media hesabları vasitəsilə elektron qaydada qəbul olunur.


OXŞAR XƏBƏRLƏR

Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidenti İlham Əliyev özünün “X” hesabında Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ...

Hikmət Hacıyev Fəxrəddin Altunla regional məsələləri müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə...

Yeni vəzifəyə təyin olunan Fərid Əsgərov kimdir? -FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova yeni müavin təyin edilən polkovnik Fərid Əsgərovla bağlı ...

15 nəfərin ölümünə səbəb olan spirti istehsal edən həbs olundu

Xəbər verildiyi kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi...

Hərbi Prokurorluqda Xocalı soyqırımı ilə bağlıkonfrans - FOTO

Fevralın 25-də Hərbi Prokurorluğunda “Xocalı soyqırımının otuz üçüncü ildönümü” ilə əlaqədar elmi-praktik konfrans keçirilib.   Sfera.az&...

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri H...