"Xalqımız heç zaman demokrat çarşabına bürünmüş qisasçılara ölkəni dağıtmaq şansı verməyəcək"

 Qüdrət Həsənquliyev: "Xalqımız heç zaman bu iqtidarın imtina etdiyi, demokrat çarşabına bürünmüş qisasçılara siyasi hakimiyyətə gəlib ölkəni dağıtmaq şansı verməyəcək”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirik:

- Qüdrət bəy, Əli İnsanov bəyan edib ki, ölkəni vəziyyətdən çıxarmaq üçün 4 partiyanın etmad hökuməti formalaşdırmasına ehtiyac var. Siz necə düşünürsünüz?

- Əli İnsanov ahıl yaşında yenidən siyasi hakimiyyətə qayıtmaq istəyir. Siyasi rəqabətin güclü olduğu bir zamanda özünə diqqəti cəlb etməyin başqa yolunu tapa bilmir. Yəqin fikir verdinizsə, dediklərinə özü də gülürdü. Bu gün Qərbdən siyasi dəstək almaq ümidi ilə Azərbaycanın Avratlantik məkana inteqrasiya olinmasının zəruriliyindən danışır. Amma hakimiyyətdə olarkən Qərb dəyərlərini Azərbaycandan silmək üçün ən amansız möqe sərgiləyən hökumət üzvü olub. Müxalifətə həqarət edən, addımbaşı onu ən pis formada aşağılayan şəxs kimi yadda qalıb. Amma həbs olunandan sonra təhqir etdiklərinin dəstəyini almaq üçün onlardan üzr də istəyib. Bunu dəstək almaq istədiyi Qərb dairələri də bilir. Hakimiyyətdən də Prezidentlə fikir ayrılığına görə getməyib. Dediyinə görə, onunla mehriban şəkildə görüşüb icazə alaraq xaricə gedib, qayıdanda isə həbs olunub.

Bundan başqa ölkədə fövqəladə nə baş verib, hansı böhran yaranıb ki, etimad hökuməti qurulması məsələsi gündəmə gəlsin?! Həm də İnsanovun müəyyənləşdirdiyi partiyalarla. Cəmiyyətimiz inkişaf edib və dəyişikliklər istəyir. Bu dəyişikliklər Konstitusion yolla, Prezident tərəfindən islahatlar yolu ilə həyata keçirilməlidir.

Xalqımız heç zaman bu iqtidarın imtina etdiyi, demokrat çarşabına bürünmüş qisasçılara siyasi hakimiyyətə gəlib ölkəni dağıtmaq şansı verməyəcək.

- Qüdrət bəy, bəlli müsahibəsində Əli İnsanov dolayısı ilə Prezidenti yaxın ətrafına xəyanətdə ittiham edib. Bu məsələyə münasibətiniz necədir?

- Diqqətli vətəndaşlar görürlər ki, Prezident ona xəyanət edənləri, ya da işinin öhdəsindən gələ bilməyənləri vəzifəsindən azad edir, yaxud cəzalandırır. Əslində bəzi hallarda Prezidenti belə məsələlərdə çox gözləməklə bağlı tənqid etmək olar. Əli İnsanov bilir ki, keçmiş komanda üzvləri onu nədə ittiham edir. Ona görə də "adımı sənə qoyum, səni yana-yana qoyum” el məsəlinə uyğun davranır.

OXŞAR XƏBƏRLƏR

Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidenti İlham Əliyev özünün “X” hesabında Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ...

Hikmət Hacıyev Fəxrəddin Altunla regional məsələləri müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə...

Yeni vəzifəyə təyin olunan Fərid Əsgərov kimdir? -FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova yeni müavin təyin edilən polkovnik Fərid Əsgərovla bağlı ...

15 nəfərin ölümünə səbəb olan spirti istehsal edən həbs olundu

Xəbər verildiyi kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi...

Hərbi Prokurorluqda Xocalı soyqırımı ilə bağlıkonfrans - FOTO

Fevralın 25-də Hərbi Prokurorluğunda “Xocalı soyqırımının otuz üçüncü ildönümü” ilə əlaqədar elmi-praktik konfrans keçirilib.   Sfera.az&...

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri H...