Ölkə prezidentinin çıxışları hər bir vətəndaşda ruh yüksəkliyi yaradır

Ölkələrin səhiyyə sistemləri və qlobal iqtisadi dəyər zəncirinə dağıdıcı zərbə vurmuş COVİD-19 koronavirusu tarixdə ilk dəfədir ki, cəmiyyətdə səhiyyə hadisəsinin iqtisadi və sosial həyatı bu qədər dəyişməsi ilə nəticələnən bir pandemiyadır. Dünya ölkələrini çoxsaylı insan tələfatı ilə yanaşı, bir sıra iqtisadi, səhiyyə və sosial problemlərlə üz-üzə qoyan Koronovirus pandemiyasına qarşı mübarizə istiqamətində görülən tədbirlər, başlıca olaraq, pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq və bu təhlükədən daha az itki ilə çıxmağa yönəlmişdir. Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər göz qabağındadır.
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.
Dövlət başçısı açılış zamanı bildirmişdir ki :
"Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır. Son 10 gün ərzində yoluxanların sayı artır. Bu da ondan irəli gəlir ki, yumşalma dövründə bəzi vətəndaşlar məsuliyyətsizlik göstərmişlər. Buna baxmayaraq, vəziyyət tam nəzarət altındadır. Bizim xəstəxanalarda kifayət qədər yerlərimiz var, reanimasiya şöbələrimizdə də həmçinin. Eyni zamanda, əlavə iki min çarpayılıq 10 xəstəxanada koronavirus xəstələrinin müalicəsi nəzərdə tutulur. Bu günə qədər hələ ki, buna ehtiyac yoxdur. Ancaq biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin.”
Millət olaraq necə ki, milli bayramlarımızı milli ənənələrimizə sadiq qalaraq qeyd edirdiksə, pandemiya üçün dövlətimizin qoyduğu qərarlara riayət etməyə borcluyuq. Cənab prezident İlham Əliyevin dediyi kimi:
"Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bir daha demək istəyirəm ki, bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə dediyim qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır. '’
Yazımın sonunda hər birimizi sərtləşdirilmiş karantin rejiminin tələblərinə əməl etməyə çağırır, pandemiya ilə mübarizədə birgə olmağa dəvət edirəm.
Nəsimi RİH könüllüsü
Namazov Murad