Azərbaycan dünya ölkələrinə nümunədir

Azərbaycan dünya ölkələrinə nümunədir
 
Bildiyiniz kimi, hal-hazırda bütün dünya amansız və qəddar bir düşmənlə- COVİD-19 virusu ilə mübarizə aparır. Nəhəng dövlətlərin  gözəgörünməz düşmənin qarşısında aciz qaldığı bir zamanda ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci xanım Mehrian Əliyeva ilk vaxtlardan qabaqlayıcı tədbirlər görərək bu vəziyyətdən az itkilərlə çıxmağımıza tam nəzarət etdilər. Vaxtında atılmış addımlar, qəbul edilmiş qərarlar xalqımızı bu vəziyyətdən az itkilərlə çıxaracağına zəmin yaratdı. Cənab Prezidentin xalqın taleyini və sağlamlığını hər şeydən üstün tutması insanlarımızda əhval ruhiyyəni artırdı və xalqımız bir daha ölkə rəhbərinin hər bir çıxışına, tövsiyyələrinə əməl edərək bütün sınaqlardan üzüağ çıxacağına əmin oldu. 
Cənab Prezident təhlükəni hiss etdiyimiz andan xalqının yanında oldu, gərgin iş rejimi ilə işləyərək xalqın taleyini hər şeydən üstün tutdu.
Görülən sosial tədbirlər, əhaliyə göstərilən dəstək, sosial yardım və müavinətlərin təyin olunması, qısa müddətdə inşa edilən xəstəxanalar, tibbi maska, spirt istehsal edən müəssisələr və s. kimi işlər bir daha sübut etdi ki, ölkə Prezidenti həqiqətən də daim bu xalqının və millətinin yanındadır.
9 İyun 2020-ci il tarixdə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Bilgəh qəsəbəində,Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxanalar komplekslərinin açılışı oldu.
Bu komplekslərin açılışı zamanı cənab Prezident çıxışında qeyd etdi ki, modul tipli  xəstəxanaların  sayı 10-a çatdırılacaqdır. Eyni zamanda Prezident qeyd etmişdir ki, bu xəstəxanalardan 4-nün özəl sektorun öz vəsaiti hesabına inşa ediləcəyi sevindirici haldır.
Prezident qeyd etdi ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, virusa yoluxan bütün xəstələr tibbi müəssələrdə müalicə alır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir. Ölkəmizdə karantində qalanlara da xüsusi şərait yaradılıb. 
Xaricdə qalan soydaşlarımız da daim ölkə Prezidentinin diqqətindədir, onların ölkəyə gəlməsi üçün bütün mümkün vasitələrdən istifadə edilir. 
Prezident çıxışında ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizədə inkişaf etmiş bəzi dövlətlərdən daha hazırlıqlı və öndə olmasını vurğulamışdır. 
COVİD-19 pandemiyasının təbii ki, iqtisadiyyata , sosial rifaha, məşğulluğa ciddi təsiri oldu, lakin bu gərgin vəziyyətdə dövlətin tam şəkildə xalqla birlikdə olduğunu nümayiş etdirməsi, mənfi təsirlərin azaldılmasına xidmət edən geniş miqyaslı tədbirlər planının hazırlanması dövlət -xalq birliyini, hər bir məsələdə həmrəliyimizi, güclü bir millət olduğumuzu bir daha sübut etdi.
Bütün dünyanı cənginə almış COVİD-19 pandemiyasının dünya ölkələrini sarsıdan bir vaxtda Azərbaycan bir çox ölkələrə nümunə oldu. Təbii ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və dəqiq siyasəti nəticəsində həyata keçirilir.
Biz öz Prezidentimizlə fəxr edirik, həmişə onun yanındayıq, çünki o bizim- Azərbaycan vətəndaşlarının sağlamlığı və rifahı üçün çalışır.
                                                                         
Gülnarə Hacıyeva 
                                                                                     
YAP Nəsimi rayon Qadınlar
                                           
   Şurasının üzvü

OXŞAR XƏBƏRLƏR