DİN açıqlama yaydı: “Kərim xəsarətləri tabesizlik göstərərkən alıb...”

DİN açıqlama yaydı: “Kərim xəsarətləri tabesizlik göstərərkən alıb...”

Yasamal rayonunda Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı saxlanılan və 15 sutka müddətinə inzibati həbs edilən Kərim Süleymanlının polis tərəfindən döyülməsi iddiaları araşdırılır.

Sfera.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması iddiaları ilə bağlı xidməti yoxlama aparılıb.

***

 

İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlardan, təhqiramiz ifadələr işlədənlərdən biri Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması ilə bağlı iddiaları araşdırılıb. 

Bu barədə mətbuatın sorğusuna cavab olaraq, Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iddialar həqiqəti əks etdirmir: "O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanunu tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb. İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.

Qeyd edək ki, K.Süleymanlı məhkəmə qərarı ilə həbs ediləndən 1 gün sonra səhhətindəki problemlərlə bağlı azadlığa buraxılıb. O, mediaya müsahibəsində 29-cu Polis Bölməsində olarkən polis əməkdaşları tərəfindən döyüldüyünü iddia edib.


OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...