Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir
Nəsimi rayonu ərazisində koronavirus (COVİD - 19) pandemiyasına
qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər
davam etdirilir.
Sərt karantin rejiminin tətbiq olunması və paytaxt sakinlərinin evlərdə
olduqları nəzərə alınaraq rayon ərazisindəki küçə və prospektlər, parklar,
yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının
ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları
konteynerlərinin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları
tərəfindən dezinfeksiyası işləri həyata keçirilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ
Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Nəsimi rayonunda
xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara
əməl olunması istiqamətində zəruri tədbirlər görülür.
Həmçinin elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən
yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq
məqsədilə rayonda başlanılmış sosial aksiyalar davam etdirilir.
Aksiya çərçivəsində icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd
olunan həssas kateqoriyadan olan ailələlərə ərzaq məhsullarından ibarət
sovqatlar paylanılır, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi
gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar
verilir, digər şəxslərlə minimum kontaktda olmaq, qoruyucu tibbi maskadan
mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara
məsafəsini saxlamaq tövsiyyə olunur.
Xüsusi karantin rejimi dövründə vətəndaşların online qəbulu keçirilir,
onların online qəbulda qaldırdıqları məsələlərin operativ həlli üçün aidiyyəti
qurumlara və şəxslərə müvafiq tapşırıqlar verilir.
4-cü sinif şagirdi Abbaslı Yusif Səccad oğlunun müraciəti nəzərə
alınaraq Rayon İcra Hakimiyyəti tərəfindən ona Notebook hədiyyə edilmiş,
ailələrinə isə müxtəlif növ ərzaqlardan ibarət ərzaq bağlaması təqdim
edilmişdir
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən
vətəndaşlar elan olunmuş xüsusi karantin rejimi dövründə hər kəsi dövlətin
pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə
çağırıblar.






