“Evdən çıxmaq qadağasına cümə günü də əlavə olunur?” – DEPUTATDAN AÇIQLAMA
"Hər şey şəratdən asılıdır, necə olacağını şərait göstərəcək”.
Sfera.az-a açıqlamasında bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayevin tək şənbə və bazar günləri deyil, cümə günü də küçəyə çıxmaq qadağasının tətbiq edilməsi təklifinə münasibət bildirərkən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Bununla yanaşı deputat bildirdi ki, insanları uzun müddət təcrid etmək də qeyri-mümkündür: "İnsanları uzunmüddətli və bütünlüklə təcrid etmək qeyri-mümkündür. Bununla belə küçəyə çıxmaq qadağasını digər günləri də əlavə etməklə tətbiq etmək şəraitdən asılı olacaq. Ciddi təhlükə yaranarsa, şənbə və bazar günləri evdən çıxmaq qadağasına digər günlər də əlavə edilə bilər. Ancaq istərdim ki, adi günlərdə sadəcə olaraq tibbi qaydaların gözlənilməsilə problemi həll etmək mümkün olsun”.
Elçin
Sfera.az






