Logo

Bakının mərkəzində şəlalə axır, avtobus üzür - VİDEOLAR

Bakının mərkəzində şəlalə axır, avtobus üzür - VİDEOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıya yağan yağış paytaxt küçələrində ciddi fəsadlara səbəb olub.
BAKU.WS-in məlumatına görə, "küləklər şəhəri" Bakı bu gün "Dənizlər kraliçası" Venesiyanı xatırladır. Şəhərə yağan intensiv yağış bir göz qırpımında paytaxt küçələrini keçilməz hala gətirib. Nə avtomobillə, nə də piyada Bakının yağışı ilə mübarizə aparmaq artıq imkansız hala çatıb.
Bu gün yağışın kiçik oyunu şəhər sakinlərini çətin bir sınaqdan keçməyə məcbur etdi. Avtobuslara dolan yağış suyu, həyət evlərinin kandarına kimi yüksələn su sakinlər üçün səhər sürprizi olub.

Hələ sizə Bakının düz mərkəzində axan "Niaqara" şəlaləsindən danışmamışıq. "Sovetski" kimi tanınan ərazinin yaxınlığında qarşılaşdığımız mənzərə isə heyrətləndiricidir. ABŞ-da olan Niaqara şəlaləsindən heç də geri qalmayan Bakı küçələrinin "şəlalələri" insanın diqqətini çəkməyə bilməz. Xüsusilə "şəlalə"nin həzin şırıltı səsi səhər çağı sizə xoş ovqat bəxş edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR