Logo

Bakıda Beynəlxalq şahmat turniri başa çatıb – FOTO

Bakıda Beynəlxalq şahmat turniri başa çatıb – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda Respublika şahmat mərkəzində keçirilən "Novruz-2016” Beynəlxalq şahmat turniri başa çatıb.

Oxu.Az xəbər verir ki, üç ölkədən olan 64 şahmatçının iştirak etdiyi turnirin qalibi Elnur Əliyev (Lənkəran) olub. O, 7 partiyadan sonra 6 xal toplayıb. İkinci yaxşı nəticəni eyni anda beş şahmatçı göstərib, onlar 5,5 xal toplayıblar.

Əlavə göstəricilərə görə Çingiz Rzayev (Quba) ikinci, Fazil Hüseynov (Gədəbəy) üçüncü mükafat yerini tutub. Gənc bakılı şahmatçılar Vüqar Manafov, Fərid Mustafayev, eləcə də İrandan olan Mətin Qaffarifar pul mükafatına layiq görülüb.

Qızların sırasında ən yaxşı nəticələri Mələk İsmayıl (Sumqayıt), veteranlar arasında isə ən yaxşı nəticəni Həsənağa Rzayev (Bakı) göstərib. Reytinq kateqoriyalarında xüsusi mükafatları Səbinə Rzalı (Sumqayıt) və Rövşən Talıblı (Bakı) qazanıb.

Bakıda Beynəlxalq şahmat turniri başa çatıb – FOTO
Bakıda Beynəlxalq şahmat turniri başa çatıb – FOTO
Bakıda Beynəlxalq şahmat turniri başa çatıb – FOTO
Bakıda Beynəlxalq şahmat turniri başa çatıb – FOTO
Bakıda Beynəlxalq şahmat turniri başa çatıb – FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR