Logo

Müəllimlərin maaşı ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

Müəllimlərin maaşı ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Baş Nazirin Sərəncamına əsasən sentyabr ayınadək təhsil müəssisələrinin açılmayacağı ilə xəbəri təqdim etmişdik.

Sfera.az xəbər verir ki, qərar qəbul edildikdən sonra təhsil işçilərini maraqlandıran əsas mövzu, əmək haqlarının tam alıb-almamaları ilə bağlı suallardır.

Suallarımızı cavablandıran Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov bildirir ki, müəllimlərin istər məzuniyyətində, istərsə də əmək haqlarında heç bir dəyişiklik yoxdur.

"Müəllimlər maaşlarını alacaqlar. Qərarın bu məsələyə aidiyyatı yoxdur. Müəllimlərin məzuniyyətləri də əvvəllər necə idisə, elə də davam edəcək. Maaşların azaldılması və ya əlindən alınmasından söhbət gedə bilməz”, – deyə Cəsarət Valehov bildirir. (qazet.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR