Logo

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Vilayət Eyvazovdan YENİ TƏYİNAT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub. 

Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri, polis polkovniki Malik İbrahimov tutduğu vəzifədən azad edilərək İdarə rəisinin birinci müavini təyin edilib.

Nazirin digər əmri ilə Alay komandirinin müavini, polkovnik-leytenant Raif Süleymanov YPX Alayının komandiri təyin olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR