Logo

Müddət uzadıldı – İyunun 15-nə qədər… – RƏSMİ

Müddət uzadıldı – İyunun 15-nə qədər… – RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasının dövlət sərhəddinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır.

Bu barədə Sfera.az-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixədək uzadılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR