Logo

General: Ermənilər Xankəndinə və Şuşaya qaçmaqla canlarını qurtarmaq istəyirlər

General: Ermənilər Xankəndinə və Şuşaya qaçmaqla canlarını qurtarmaq istəyirlər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu barədə Oxu.Az-a Arkadi Ter-Tadevosyanın guya Ermənistanın hansısa "gizli silaha" sahib olması barədə fikirlərini şərh edən sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
"Guya erməni "sənətkarların” əli ilə yaradılan və hələ heç kəsə məlum olmayan ən çətin gün üçün saxlanılan "gizli erməni silahı” barədə istifadə müddəti bitmiş birinin lovğalanaraq dilə gətirdiyi cəfəng fikirlər isə yaşlaşdıqca ağlını itirənin sayıqlamasıdır. Bu, ancaq gülüşlə qarşılanmalıdır.
Həqiqətdə isə son vaxtlar cəbhədə canlı qüvvə, hərbi texnika sarıdan xeyli sayda itki verən düşmən səriştəsizliyini ört-basdır etmək üçün bu cür uydurma və sayıqlamalarla dolu boş nağıllarla erməni xalqını doyurmağa  çalışır.
Amma bu üzdəniraq erməni "qəhrəmanı” özü də yaxşı bilir ki, son vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi taktiki üstünlüyün və əsgərlərimizin qazandığı uğurların nəticəsidir ki, qoşunların təmas xəttinə yaxın işğal olunmuş yaşayış məntəqələrində məcburən yerləşdirilən erməni əhali köçür.
Hətta erməni hərbçilərinin zorakılığına, hədə-qorxularına məhəl qoymayan ermənilər Xankəndinə və Şuşaya qaçmaqla canlarını qurtarmaq istəyirlər. Yəqin ki, köçərək növbəti sığınacaqları yer qədim yurd yerimiz İrəvan şəhəri olacaqdır. Burada yerinə düşən əsas sual budur: bəs sonra hara qaçacaqlar?!...”, - deyə Y.Aydəmirov bildirib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR